"Neftçi"nin yeni transferi səfir ola bilər

"Neftçi"nin yeni transferi səfir ola bilər "Neftçi"nin yeni transferi Keysuke Honda yenidən Braziliyanın "Botafoqo" klubu ilə əməkdaşlıq üçün vasitələr axtarır.
Futbol
19 Mart , 2021 13:20
Neftçinin yeni transferi səfir ola bilər
Keysuke Honda

"Neftçi"nin yeni transferi Keysuke Honda yenidən Braziliyanın "Botafoqo" klubu ilə əməkdaşlıq üçün vasitələr axtarır.

"Report"un məlumatına görə, bu barədə Rio-de-Janeyro təmsilçisinin prezidenti Dursesio Mello "Lance" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 35 yaşlı yaponiyalı yarımmüdafiəçi 2020-ci ilin dekabrında müqaviləsinin ləğvi barədə kluba müraciət edib: "Hondanın gəlişi rəhbərliyim dövrümə təsadüf etməmişdi. Əvvəlki prezident Nelson Mufarreс mənə qərar verməli olduğumu söylədi. Mən Keysukeni buraxdım və bununla böyük qənaət etdik. Çünki onun ikinci dərəcəli zədəsi olduğundan 2021-ci ilin ilk iki ayında meydana çıxması gözlənilmirdi".

Mello bildirib ki, komandadan ayrılmasına baxmayaraq, Honda hələ də, "Botafoqo" ilə təmaslarını davam etdirir: "O, fevralda azarkeşlərin mədəni proqramlara qatılmaları üçün nəzərdə tutulan 50 ədəd VİP-paket alıb. Honda "Botafoqo"nun Yaponiyadakı səfiri də olmaq istəyir. O, Braziliya klubunun "gündoğar ölkə"də yoldaşlıq görüşləri keçirməsini təklif edib. Hazırda bu təklif nəzərdən keçirilir".

Mello Hondanın artıq "Botafoqo"da sahibkar-tərəfdaşa çevrildiyini də söyləyib: "O, çox ciddi insandır. Mənim Keysukeyə böyük hörmətim var. Hərdən danışırıq, onun klubumuza necə bağlı olduğunu görürük".

Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə müqavilə imzalayıb. O, mövsümün sonuna kimi "ağ-qaralar"ın formasını geyinəcək.

Son xəbərlər

Orphus sistemi