"Neftçi"nin yeni transferi: "Dinamo"nu keçməliyik, başqa variant yoxdur"

"Neftçi"nin yeni transferi: "Dinamo"nu keçməliyik, başqa variant yoxdur" "Neftçi"yə transferim çempionatın sonunda baş verdi. Artıq həmin vaxt söz-söhbətlər çıxdı. "Neftçi" haqqında heç nə demək olmur. Çox böyük klubdur".
Futbol
269
29 İyun , 2021 15:47
Neftçinin yeni transferi: Dinamonu keçməliyik, başqa variant yoxdur

"Neftçi"yə transferim çempionatın sonunda baş verdi. Artıq həmin vaxt söz-söhbətlər çıxdı. "Neftçi" çox böyük klubdur".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin "Sumqayıt"dan heyətinə qatdığı Xəyal Nəcəfov klubun rəsmi televiziyasına müsahibəsində deyib.

24 yaşlı yarımmüdafiəçi bildirib ki, hamının arzusu, məqsədi belə köklü klubda oynamaqdır: "Buraya gəldiyim üçün sevinirəm. Sevindirici haldır ki, "Neftçi" kimi klubdan mənə təklif gəlib. Hisslərimi ifadə edə bilmirəm. Belə böyük klubda oynamaq şərəfdir. Bu vaxtadək "Sumqayıt"da oynamışam, böyük kluba gəlməyim daha da sevindiricidir".

Nəcəfov uşaqlıqdan məqsədinin "Neftçi"də çıxış etmək olduğunu sözlərinə əlavə edib: "Burada olduğuma görə xoşbəxtəm. Əlimizdən gələn hər şeyi edib, bütün titulları qazanmaq istəyirik. Komandada rəqabətin olması yaxşı haldır. Yaxşı məşqlər, oyunlar göstərəcəyik. Mən də rəqabətə hazıram. "Neftçi" kimi böyük klubda rəqabətin olması normaldır. Oynasam və öz oyunumu sərgiləsəm, əsas milli komandanın baş məşqçisi Canni De Byazi məni yenidən yığmaya çağıracaq".

Yarımmüdafiəçi ölkə çempionunda çox gözəl kollektivin olduyğunu vurğulayıb: "Əsas odur ki, mehribanlıq var. Mehribanlıq olan yerdə həmişə hər şey yaxşı gedir və nəticə olur. İlk məşqimdə hamı mənə kömək etməyə çalışırdı, özümü kənarda hiss etmədim".

Nəcəfov Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə matçlara da toxunub: "Məşq edib, oyuna hazırlaşmaq lazımdır. Rəqib, demək olar, eyni gücə malik komandadır. İnanıram ki, bu rəqibi keçəcəyik. Başqa variant yoxdur".

Futbol "ağ-qaralar"ın azarkeşlərindən də danışıb: "Keçidimdən sonra fanatlar yazdılar, dəstək oldular. Dedilər ki, sən oyna, qalan hər şey bizlikdir. Bizə dəstək olsunlar və arxamızda dursunlar. Biz də əlimizdən gələni edəcəyik. Onlara söz veririk ki, ən yaxşısını edəcəyik".

Qeyd edək ki, Xəyal Nəcəfov "Neftçi" ilə iki illik müqavilə imzalayıb. Oyulun 7-də Tbilisidəki Boris Payçadze adına "Dinamo Arena"da keçiriləcək Dinamo - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu komandalar arasında iyulun 14-də “Bakcell Arena”da gerçəkləşəcək cavab matçı saat 21:00 start götürəcək.

Son xəbərlər

Orphus sistemi