"Neftçi"nin yeni transferi Avroliqanın püşkünü dəyərləndirib

"Neftçi"nin yeni transferi Avroliqanın püşkünü dəyərləndirib Baqali Dabo: "Biz "Uypeşt"i yox, daha çox özümüzü fikirləşməliyik"
Futbol
21 İyun , 2018 10:14
Neftçinin yeni transferi Avroliqanın püşkünü dəyərləndirib

Bakı. 21 iyun. REPORT.AZ/ "Rəqibin kimliyindən asılı olmayaraq, oyuna tam köklənmək lazımdır. Belə turnirlərdə hər bir komanda sürpriz edə bilər". 

"Report"un məlumatına görə, bunu "Neftçi" klubunun futbolçusu Baqali Dabo Avropa Liqasının I təsnifat mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirərkən deyib. 

Fransalı hücumçu Macarıstan "Uypeşt"ini düzgün qiymətləndirməyə çağırıb: "Uypeşt” Avroliqaya Macarıstan çempionatından vəsiqə qazanmış komandadır. Bu, artıq bir göstəricidir. Amma biz daha çox özümüzü fikirləşməliyik”.

Dabo yeni transferlərin komandaya qısa müddətdə uyğunlaşmalarının vacibliyini də vurğulayıb: "Bizim bir neçə yeni oyunçumuz var, mən də onlardan biriyəm. Komandaya tezliklə uyğunlaşmalı, bir-birimizi daha yaxşı başa düşməliyik ki, Avroliqada uğurla çıxış edə bilək”.

"Neftçi”yə iyunun 17-də keçən forvard özünü komandada çox xoşbəxt hiss etdiyini bildirib: "Buradan razıyam. Növbəti mövsümə bütün komanda kimi, mən də ciddi hazırlaşıram”.

Son xəbərlər

Orphus sistemi