"Neftçi"nin yeni transferi: "Arzum Braziliya millisində oynamaqdır"

"Neftçi"nin yeni transferi: "Arzum Braziliya millisində oynamaqdır" "Neftçi"yə menecerim vasitəsi ilə gəlmişəm. Təklif alandan sonra klub haqqında maraqlandım. Öyrəndim ki, ölkənin ən zəngin tarixə malik klubudur, güclü komandadır. Bu isə təklifi qəbul etməyim üçün mənə kömək oldu".
Futbol
24 İyul , 2020 14:30
Neftçinin yeni transferi: Arzum Braziliya millisində oynamaqdır

"Neftçi"yə menecerimin vasitəçiliyi ilə gəlmişəm. Təklif alandan sonra klub haqqında maraqlandım. Öyrəndim ki, ölkənin ən zəngin tarixə malik klubudur, güclü komandadır. Bu isə təklifi qəbul etməyimdə kömək oldu".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin yeni transferi Rener Alves De Souza klubun televiziyasına müsahibəsində deyib. 

19 yaşlı müdafiəçi bildirib ki, "Neftçi" onun Avropadakı ilk klubudur. Braziliyalı oyunçu Avropa Liqasındakı çıxışlarından çox şey gözlədiyini söyləyib: "İnanıram ki, komanda şəklində yaxşı hazırlaşacaq və qarşıya qoyulan məqsədlərə çatacağıq". 

Rener Alves De Souza şəxsi hədəfləri barəsində də danışıb: "Əsas məqsədim öz üzərimdə çalışmaq və mövsümboyu yüksək səviyyədə çıxış etməkdir. Ən böyük arzularımdan biri isə Braziliya milli komandasında oynamaqdır. İstəyimə çatmaq üçün dayanmadan çalışmalıyam".  

Qeyd edək ki, "Neftçi" Rener Alves De Souza ilə 2+1 illik müqavilə imzalayıb. 

Son xəbərlər

Orphus sistemi