"Neftçi"nin yeni hücumçusu ilə birlikdə Bakıya qayıdacağı gözlənilir

"Neftçi"nin yeni hücumçusu ilə birlikdə Bakıya qayıdacağı gözlənilir "Neftçi" avstriyalı futbolçu Nikita Rukavitsanın transferini bitirmək üzrədir.
Futbol
25 Avqust , 2021 11:00
Neftçinin yeni hücumçusu ilə birlikdə Bakıya qayıdacağı gözlənilir
Nikita Rukavitsa

"Neftçi" avstraliyalı futbolçu Nikita Rukavitsanın transferini bitirmək üzrədir.

"Report" "One.co" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu İsraildə klub rəhbərliyi ilə görüşəcək.

"Ağ-qaralar" "Makkabi" (Hayfa) komandasına qarşı Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün səfərə yollanıb. Rukavitsanın "Neftçi" ilə birlikdə Bakıya qayıdacağı gözlənilir. O, flaqmanın təklifini qəbul etməyə meyillidir.

Avstraliyalı forvardın iki illik müqavilə imzalayacağı iddia olunur. Onun bir mövsümlük qazancı 400 min avro olacaq.

Hücumçunun nümayəndəsi məsələ ilə bağlı açıqlama verib: "Nikita Rukavitsa İsraildə yalnız "Makkabi"də oynaya biləcəyini söyləyib. Bu ölkədən gələn digər təkliflərə baxmayaraq oyunçu ayrılmaq qərarına gəlib. Şübhəsiz ki, ən yaxşı təklifi Bakı klubu edib".

Qeyd edək ki, Nikita Rukavitsanın son klubu İsrailin “Makkabi” (Hayfa) komandası olub. Hazırda azad agent olan hücumçu ötən mövsüm Hayfa təmsilçisinin heyətində 22 oyuna 19 qol vurub. Forvard daha əvvəl Niderlandda "Tvente", Almaniyada "Herta", "Maynts" və "Frankfurt"un da şərəfini qoruyub.

Xatırladaq ki, avqustun 26-da "Sami Offir" stadionunda keçiriləcək Makkabi - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3.

Son xəbərlər

Orphus sistemi