"Neftçi"nin Vançe Şikovla bağladığı müqavilənin müddəti müəyyənləşib

"Neftçi"nin Vançe Şikovla bağladığı müqavilənin müddəti müəyyənləşib "Azərbaycanın böyük klublarından birini seçdik"
Futbol
22 İyun , 2016 11:07
Neftçinin Vançe Şikovla bağladığı müqavilənin müddəti müəyyənləşib

Bakı. 22 iyun. REPORT.AZ/ "Neftçi" klubunun Makedoniya yığmasının futbolçusu Vançe Şikovla imzaladığı müqavilənin müddəti müəyyənləşib. "Report"un məlumatına görə, meneceri Petar Bajiç 31 yaşlı müdafiəçinin sonradan daha bir il uzadıla bilməsi şərti ilə bir illik müqaviləyə imza atdığını bildirib.

O, müştərisinin flaqmana azad agent kimi keçdiyini açıqlayıb: "Çoxlu təkliflərimiz var idi. Şikovu, əsasən, Türkiyə, İsveçrə, eləcə də Çin və Kiprdən istəyirdilər. Amma biz Azərbaycanın böyük klublarından birini seçdik. "Neftçi" daha yaxşı şərtlər təklif etdi. Belə təklifdən imtina edə bilmədik. Vançe beynəlxalq arenada gücünü göstərmək imkanı əldə edib. Çünki onun yeni klubu Avropa Liqasında çıxış edir. İlkin mərhələdə rəqib Malta "Baltsan"ı olacaq".

Qeyd edək ki, Vançe Şikov əvvəllər Ukrayna, Yunanıstan, Kipr klublarında və son olaraq, Avstriyanın "Austria" komandasında forma geyinib. O, Makedoniya yığmasında 49 oyuna 4 qol vurub. 

Son xəbərlər

Orphus sistemi