"Neftçi"nin tanınmış futbolçusu yenidən Portuqaliya klubuna keçə bilər

"Neftçi"nin tanınmış futbolçusu yenidən Portuqaliya klubuna keçə bilər Bu barədə yerli "A bola" nəşri iddia irəli sürüb
Futbol
22 May , 2021 12:56
Neftçinin tanınmış futbolçusu yenidən Portuqaliya klubuna keçə bilər

"Neftçi"nin tanınmış futbolçusu Keysuke Honda Portuqaliyanın "Portimonense" klubuna keçə bilər.

"Report" xəbər verir ki, bu barədə yerli "A bola" nəşri iddia irəli sürüb.

Bildirilib ki, 35 yaşlı yaponiyalı yarımmüdafiəçi yeni mövsümdə Paulu Serjiunun ixtiyarında olacaq.

Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə mövsümün sonunadək müqavilə imzalamışdı. O, komanda ilə birlikdə Azərbaycan Premyer Liqasının qalibi olub.

Ulduz futbolçu paytaxt təmsilçisinə keçməmişdən əvvəl "Portimonense" klubu ilə müqavilə bağlayıb. Lakin o, azı 3 ay azad agent statusu daşımadığı üçün yerli futbol liqasının qərarına əsasən, meydana çıxa bilməyib və fevralın 11-də klubla yollarını ayırıb.

Son xəbərlər

Orphus sistemi