"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə oyununa təyinat alıb.
"Report"un məlumatına görə, Hüseynzadə Rusiya – Latviya qarşılaşmasının UEFA nümayəndəsi olacaq. Görüş noyabrın 15-də Rostov şəhərindəki “Rostov Arena”da keçiriləcək.