"Neftçi"nin sabiq prezidenti Çempionlar Liqasının oyununa təyinat alıb

"Neftçi"nin sabiq prezidenti Çempionlar Liqasının oyununa təyinat alıb Neftçi futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.
Futbol
15 İyul , 2019 09:22
Neftçinin sabiq prezidenti Çempionlar Liqasının oyununa təyinat alıb

"Neftçi" futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.

“Report”un məlumatına görə, O.Hüseynzadə iyulun 16-da "Valletta" (Malta) - "Düdelanj" (Lüskemburq) komandaları arasında keçiriləcək I təsnifat mərhələsinin cavab matçının UEFA nümayəndəsi olacaq. İlk qarşılaşmada heç-heçə yekunlaşıb - 2:2.

Qeyd edək ki, Hüseynzadə “Neftçi”nin prezidenti vəzifəsindən ötən il fevralın 16-da istefa verib. Hazırda kluba Kamran Quliyev rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi