"Neftçi"nin sabiq prezidenti Türkiyə millisinin matçına təyinat aldı

"Neftçi"nin sabiq prezidenti Türkiyə millisinin matçına təyinat aldı "Neftçi" klubunun sabiq prezidentiOrxan Hüseynzadə UEFA-dan təyinat alıb.
Futbol
31 Avqust , 2020 12:10
Neftçinin sabiq prezidenti Türkiyə millisinin matçına təyinat aldı
 Orxan Hüseynzadə

"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan təyinat alıb. 

"Report"un məlumatına görə, o, Millətlər Liqasında qrup mərhələsinin Türkiyə – Macarıstan oyununda UEFA nümayəndəsi olacaq. 

Həmin qarşılaşmada AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik hakim-inspektor funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma sentyabrın 3-də Sivas şəhərində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. 

Son xəbərlər

Orphus sistemi