"Neftçi"nin sabiq futbolçusu Kipr klubuna keçdi

"Neftçi"nin sabiq futbolçusu Kipr klubuna keçdi 2019/2020 mövsümünün sonunda "Neftçi"dən ayrılmış Soni Mustivar komandasını dəyişib.
Futbol
23 dekabr 2020 15:54
Neftçinin sabiq futbolçusu Kipr klubuna keçdi
Soni Mustivar

2019/2020 mövsümünün sonunda "Neftçi"dən ayrılmış Soni Mustivar komandasını dəyişib.

"Report" xəbər verir ki, Rumıniyanın "Hermanştadt" klubu ilə vidalaşan Haiti əsilli fransalı futbolçu Kipr təmsilçisi "Nea Salamina"ya keçib.

30 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 6 aylıq müqavilə imzalayıb. Təcrübəli oyunçunun sözləşməsi mövsümün sonunda daha 1 il müddətinə uzadıla bilər.

Qeyd edək ki, Soni Mustivar 2018-2020-ci illərdə "Neftçi"də çıxış edib.

Son xəbərlər

Orphus sistemi