"Neftçi"nin sabiq futbolçusu karyerasını Braziliyada davam etdirəcək

"Neftçi"nin sabiq futbolçusu karyerasını Braziliyada davam etdirəcək Bruno Bertuççi C seriyasında çıxış edən "Portugeza" ilə müqavilə bağlayıb
Futbol
3 Yanvar , 2015 09:41
Neftçinin sabiq futbolçusu karyerasını Braziliyada davam etdirəcək

Bakı. 3 yanvar. REPORT.AZ/ Azərbaycanın "Neftçi" klubunun sabiq futbolçusu Bruno Bertuççi karyerasını Braziliyanın C Seriyasında mübarizə aparan "Portugeza" komandasında davam etdirəcək. "Report"un məlumatına görə, 24 yaşlı sol cinah müdafiəçisi ilə mövsümün sonunadək müqavilə bağlanılıb. 

Onun rəsmi təqdimatı yanvarın 5-də olacaq. 

Qeyd edək ki, B.Bertuççi "Neftçi"də 2012-ci ilin yayından 2014-cü ilin oktyabrınadək çıxış edib. "Portugeza" ötən mövsüm Braziliya B Seriyasında 20-ci yeri tutaraq daha aşağı liqaya enib. 

Son xəbərlər

Orphus sistemi