Almaniyalı baş məşqçi: "Neftçi"nin prezidenti səxavətli idi"

Almaniyalı baş məşqçi: "Neftçi"nin prezidenti səxavətli idi" Neftçidə işləmək üçün Azərbaycana getdim, klub prezidenti zəngin və səxavətli idi.
Futbol
11 May , 2020 11:29
Almaniyalı baş məşqçi: Neftçinin prezidenti səxavətli idi

"Neftçi"də işləmək üçün Azərbaycana getdim, klub prezidenti zəngin və səxavətli idi".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin sabiq baş məşqçisi Hans-Yurgen Gede "Vnexpress" nəşrinə geniş müsahibəsində deyib.

2008/2009 mövsümündə paytaxt təmsilçisində işləyən 64 yaşlı alman mütəxəssis bidirib ki, klub prezidenti baş məşqçilik etməyi xoşlayıb.

Gede həmin dönəmki funksionerin peşəkarlara müdaxilə etdiyini də sözlərinə əlavə edib: "Sonra kulminasiya nöqtəsi baş verdi. Mənə hücumçu verdi, o bacarıqsız idi. Prezident dedi ki, Yurgen, ona oynamaq üçün şərait yarat".

Qeyd edək ki, 2008-2009-cu illərdə "Neftçi"də Əkbər Hacıyev prezident olub.

Son xəbərlər

Orphus sistemi