"Neftçi"nin sabiq baş məşqçisi: "Azərbaycanda kazino olmadığı üçün özümü sakit hiss edirdim"

"Neftçi"nin sabiq baş məşqçisi: "Azərbaycanda kazino olmadığı üçün özümü sakit hiss edirdim" Bakı. 21 sentyabr. REPORT.AZ/ Neftçi klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela Azərbaycanda işlədiyi vaxtlardan danışıb.
Futbol
634
21 Sentyabr , 2018 15:10
Neftçinin sabiq baş məşqçisi: Azərbaycanda kazino olmadığı üçün özümü sakit hiss edirdim
0 : 00
0 : 00

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Neftçi" klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela Azərbaycanda işlədiyi vaxtlardan danışıb.

"Report" xəbər verir ki, 63 yaşlı çexiyalı mütəxəssis "Sport-Ekspress"ə müsahibəsində "Neftçi"də çalışdığı müddət ərzində qumarxanaya getmədiyini söyləyib. 

"Ruletkanı çox sevirdim. Əslində mən qumarbaz deyiləm. Sankt-Peterburqda həftədə 3 dəfə kazinoya gedirdim. Azərbaycanda "Neftçi" klubunun baş məşqçisi olmuşam. Orada kazino yox idi və mən özümü sakit hiss edirdim. Ruletkanı da xatırlamırdım".

Qeyd edək ki, Vlastimil Petrjela 2007 - 2008 mövsümünün ilk yarısında "Neftçi" klubunun baş məşqçisi olub. 

Son xəbərlər

Orphus sistemi