"Neftçi"nin rəqibi yoxlama oyununda uduzub

"Neftçi"nin rəqibi yoxlama oyununda uduzub UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kipr "Aris"i yoxlama oyunu keçirib.
Futbol
6 İyul , 2022 21:48
Neftçinin rəqibi yoxlama oyununda uduzub

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kipr "Aris"i yoxlama oyunu keçirib.

"Report"un məlumatına görə, Limassol klubu Xorvatiyanın "Slaven Belupo" komandası ilə qarşılaşıb. Görüş Koprivnitsa təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədən sonra "Aris" 2 top fərqi ilə öndə olsa da, ikinci yarıda 4 qol buraxaraq məğlub olub.

Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi