"Neftçi"nin rəqibi yeni transferini açıqladı

"Neftçi"nin rəqibi yeni transferini açıqladı UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Türkiyə "Qalatasaray"ı yeni transferi Oqenekaro Etebo ilə rəsmi müqavilə imzalayıb.
Futbol
9 Sentyabr , 2020 23:44
Neftçinin rəqibi yeni transferini açıqladı
Oqenekaro Etebo

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Türkiyə "Qalatasaray"ı yeni transferi Oqenekaro Etebo ilə rəsmi müqavilə imzalayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı hücumçu 2020/2021 mövsümünün sonunadək icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək.

"Sarı-qırmızılılar" bu keçid üçün 25 yaşlı forvardın məxsus olduğu İngiltərə "Stok Siti"sinə 675 000 avro təzminat ödəyəcək.

Etebonun "Qalatasaray"dakı 1 mövsümlük maaşı isə 1 200 000 avro təşkil edəcək. "Cim-Bom" mövsümün sonunda 7 500 000 avro qarşılığında onu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi