"Neftçi"nin rəqibi liderliyə yüksəldi

"Neftçi"nin rəqibi liderliyə yüksəldi "Neftçi"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Makedoniya "Şkupi" ölkə çempionatında növbəti oyununu keçirib.
Futbol
526
21 Avqust , 2020 21:15
Neftçinin rəqibi liderliyə yüksəldi

"Neftçi"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Makedoniya "Şkupi" ölkə çempionatında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Skopye təmsilçisi III tur çərçivəsində səfərdə "Belasitsa" ilə qarşılaşıb.

Qonaqlar 89 və 90+1-ci dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb. Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran "Şkupi" liderliyə yüksəlib.

Qeyd edək ki, "Neftçi" - "Şkupi" oyunu avqustun 27-də baş tutacaq. "Bakcell Arena"dakı görüş saat 20:00-da start götürəcək. 

Son xəbərlər

Orphus sistemi