"Neftçi"nin rəqibi hücumçusunun xidmətindən məhrum olub

"Neftçi"nin rəqibi hücumçusunun xidmətindən məhrum olub Bakı. 29 iyun. REPORT.AZ/ Macarıstanın Uypeşt klubu Avropa Liqasında Neftçi ilə keçirəcəyi I təsnifat mərhələsinin oyunları ərəfəsində istedadlı futbolçusu Marko Filipoviçin xidmətlərindən məhrum olub.
Futbol
29 İyun , 2018 12:47
Neftçinin rəqibi hücumçusunun xidmətindən məhrum olub

Bakı. 29 iyun. REPORT.AZ/ Macarıstanın "Uypeşt" klubu Avropa Liqasında "Neftçi" ilə keçirəcəyi I təsnifat mərhələsinin oyunları ərəfəsində istedadlı futbolçusu Marko Filipoviçin xidmətlərindən məhrum olub.

"Report"un Budapeşt təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 19 yaşlı hücumçu Avstriyadakı təlim-məşq toplanışı zamanı sol dizindən xəsarət alıb. O, yaxınlıqdakı xəstəxanada MRT müayinəsindən keçib. Lakin dəqiq diaqnoz qoymaq mümkün olmadığından, Filipoviç evinə göndərilib. Gənc forvardı macarıstanlı həkimlər də müayinə etdikdən sonra zədəsinin ciddilik dərəcəsini müəyyənləşdirəcəklər.

Qeyd edək ki, "Uypeşt" "Neftçi" ilə ilk oyununu iyulun 12-də Bakıdakı "Dalğa Arena"da, cavab görüşünü isə iyulun 19-da Budapeştdə keçirəcək. 

Son xəbərlər

Orphus sistemi