"Neftçi"nin rəqibi aparıcı futbolçusu ilə vidalaşa bilər

"Neftçi"nin rəqibi aparıcı futbolçusu ilə vidalaşa bilər 2019/2020 mövsümünün sonunda Türkiyə "Qalatasaray"ından ayrılan Yuto Naqatomo Fransanın "Marsel" klubuna keçib.
Futbol
31 Avqust , 2020 17:31
Neftçinin rəqibi aparıcı futbolçusu ilə vidalaşa bilər
Sofyan Fequli

2019/2020 mövsümünün sonunda Türkiyə "Qalatasaray"ından ayrılan Yuto Naqatomo Fransanın "Marsel" klubuna keçib.

"Report"un "Akşam" nəşrinə istinadən məlumatına görə, bu barədə komandanın baş məşqçisi Andre Villaş-Boaş bildirib.

Portuqaliyalı mütəxəssis deyib ki, artıq yaponiyalı sol cinah müdafiəçisi Marsel şəhərindədir. Tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

"Qalatasaray"dan ayrılması gündəmdə olan digər legioner Sofyan Fequliyə isə Portuqaliyadan təklif var. "Boavişta" klubu əlcəzairli yarımmüdafiəçinin xidmətində maraqlıdır. "A Bola" nəşrinin iddiasına görə, daha əvvəl İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" klubunun sabiq futbolçusu Xavi Qarsiyanı və Argentina "Boka Xuniors"undan Sebastian Peresi heyətinə qatan "Boavişta"nın növbəti hədəfi məhz Fequlidir. Klub 31 yaşlı oyunçu üçün "sarı-qırmızılar"a 4 milyon avro təzminat ödəməyə hazırdır.

Qeyd edək ki, "Qalatasaray" UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə rəqib olub. Bu komandalar arasında oyun sentyabrın 17-də Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi