"Neftçi"nin qapıçısı: "Bu yaxınlarda fonda pul köçürəcəyik"

"Neftçi"nin qapıçısı: "Bu yaxınlarda fonda pul köçürəcəyik" Evdə fərdi məşq edirik. Vaxtımızın çoxunu ailəmizlə keçiririk. Koronavirusla bağlı verilən verilən bütün tədbirlərə əməl edirik.
Futbol
184
2 Aprel , 2020 13:13
Neftçinin qapıçısı: Bu yaxınlarda fonda pul köçürəcəyik

"Evdə fərdi məşq edirik. Vaxtımızın çoxunu ailəmizlə keçiririk. Koronavirusla bağlı verilən verilən bütün tədbirlərə əməl edirik". 

Bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin qapıçısı Aqil Məmmədov deyib. 31 yaşlı qolkiper bildirib ki, bu qədər çox fasilə komanda üzvlərinə təsir edəcək: "Futbolçular birlikdə məşq edə bilmir. Hamı formada qalmağa çalışır". 

Məmmədov mövsümün bərpa olunmama ehtimalına da münasibət bildirib: "Bu, yuxarı səviyyədə olan bir məsələdir. AFFA və Peşəkar Futbol Liqası hansısa qərarı verəcək. Bərpa olunacaq və ya olunmayacaq, bu barədə nəsə demək çətindir. Biz futbolçular veriləcək qərarı gözləyirik".

Oyunçu xüsusi karantin rejiminin tələblərinə əməl etdiyini sözlərinə əlavə edib: "Demək olar ki, bütün günü evdəyik. Virusdan qorunmağa çalışırıq. Yalnız vacib bir şey olanda evdən çıxırıq. Evdən bayıra çıxmamağa çalışırıq". 

Məmmədov Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edəcəklərini vurğulayıb: "Fonda kim pul köçürübsə, çox sağ olsun. Allah hamının ruzisini yetirsin. Xalqa, millətə dəstək olurlar. Biz də bu yaxınlarda fonda pul köçürəcəyik".

Son xəbərlər

Orphus sistemi