"Neftçi"nin qapıçısı bir həftə müalicə olunacaq

"Neftçi"nin qapıçısı bir həftə müalicə olunacaq Azərbaycan Premyer Liqasının 7-ci turunda Səbail”lə oyunun (2:1) ilk hissəsində zədələnərək fasilədə əvəzlənən Neftçinin qapıçısı Səlahət Ağayevin durumuna aydınlıq gəlib.
Futbol
7 Oktyabr , 2019 15:43
Neftçinin qapıçısı bir həftə müalicə olunacaq

Azərbaycan Premyer Liqasının 7-ci turunda "Səbail”lə oyunun (2:1) ilk hissəsində zədələnərək fasilədə əvəzlənən "Neftçi"nin qapıçısı Səlahət Ağayevin durumuna aydınlıq gəlib.

"Report" paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, tibbi baxışın nəticələrinə əsasən, təcrübəli qapıçı pubalgiya (oturaq sümüyünün iltihabı xəstəliyi) diaqnozu ilə bir həftə müalicə olunacaq.

Qeyd edək ki, Ağayev bu mövsüm 13 oyunun hamısında meydana çıxıb. O, zədələndiyi üçün Azərbaycan millisinin də heyətindən çıxarılıb. 

Son xəbərlər

Orphus sistemi