"Neftçi"nin qapıçısı: "Belə zədəni heç kimə arzulamıram"

"Neftçi"nin qapıçısı: "Belə zədəni heç kimə arzulamıram" Səlahət Ağayev: "Artıq üç gündür komanda ilə birgə məşqlərə çıxıram"
Futbol
11 Noyabr , 2017 13:14
Neftçinin qapıçısı: Belə zədəni heç kimə arzulamıram

Bakı. 11 noyabr. REPORT.AZ/ "Belə ağır zədədən sonra həkimlər qərara gəldilər ki, əvvəl yoxlasınlar. Yəni əzələdə irəliləyiş varsa, əməliyyata ehtiyac olmasın. Sevindirici haldır ki, əməliyyata ehtiyac qalmadı".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin qapıçısı Səlahət Ağayev "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XII tur oyunundan əvvəl klub televiziyasına açıqlamasında deyib. 26 yaşlı qolkiper artıq 3 gündür kollektiv məşqlərə qatıldığını bildirib: "Klubumuzun dəstəyi ilə Türkiyədə müalicə aldım. Bakıya dönəndən sonra klub həkimləri, sağ olsunlar, zədədən qurtarmaq üçün kömək etdilər. Hər şey qaydasındadır, artıq üç gündür komanda ilə birgə məşqlərə çıxıram".

Tezliklə tam gücü ilə məşqlər edəcəyinə ümidvar olduğunu deyən Ağayev "Neftçi"nin hədəflərindən də danışıb: "Bu cür zədə ilə komandadan kənarda qalmağı heç bir idmançıya arzulamıram. Bu, çox çətindir. Belə getsə, yaxın zamanlarda tam hazır olub komanda ilə var gücümlə məşq edəcəm. Qələbələrdən sonra komandada istək, ruh yüksəkliyi var. Çempionatın sonuna çox var, düşünürəm ki, belə davam etsək, arzuolunan nəticəni qazana bilərik”.

Qeyd edək ki, "Neftçi” – "Qəbələ” oyunu noyabrın 19-da "Bakcell Arena”da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi