"Neftçi"nin prezidenti: "Honda ilə yeni müqavilə barədə danışa bilərik"

"Neftçi"nin prezidenti: "Honda ilə yeni müqavilə barədə danışa bilərik" "Yayda yeni müqavilə barədə danışa bilərik"
Futbol
109
15 Mart , 2021 17:34
Neftçinin prezidenti: Honda ilə yeni müqavilə barədə danışa bilərik
Kamran Quliyev

"İnanmaq istəyirik ki, onun gəlişi bizə neçə ildir istədiyimiz çempionluğu qazanmağa kömək edəcək".

"Report" xəbər verir ki, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev yaponiyalı futbolçusu Keysuke Hondanın təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, çempionatın qalan 8 oyunu yaponiyalı futbolçu üçün də uğurlu alına bilər: "Ona görə Hondaya uğurlar. Azərbaycana bu səviyyədə nə qədər çox futbolçu gəlsə, yaxşı olar. Təbii ki, "Neftçi" ölkənin ən titullu klubudur. O da bilir ki, hara gəlir və kimin yanına gəlir. Bizim azarkeşlərin yanına gəlir. Bizə 8 oyunda kömək etsə, çempion olsaq, yayda yeni müqavilə barədə danışa bilərik".

Son xəbərlər

Orphus sistemi