"Neftçi"nin müdafiəçisi: "Yeni ili ailəmlə birlikdə keçirmək istəyirəm" - MÜSAHİBƏ

"Neftçi"nin müdafiəçisi: "Yeni ili ailəmlə birlikdə keçirmək istəyirəm" - MÜSAHİBƏ Bakı. 5 dekabr. REPORT.AZ/ Neftçi klubunun müdafiəçisi Anton Krivotsyuk klubun rəsmi saytının suallarını cavablandırıb.
Futbol
5 Dekabr , 2018 18:54
Neftçinin müdafiəçisi: Yeni ili ailəmlə birlikdə keçirmək istəyirəm - MÜSAHİBƏ

Bakı. 5 dekabr. REPORT.AZ/ "Neftçi" klubunun müdafiəçisi Anton Krivotsyuk klubun rəsmi saytının suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir: 

- Azərbaycan Premyer Liqasının XIV turunda "Sumqayıt”la qarşılaşacaqsınız. Bu oyuna hazırlıq necə keçir?

- Digər oyunlara olduğu kimi, "Sumqayıt”la matça da hazırlıq tam sürətlə davam edir.

- Artıq qış çempionusunuz...

- Bəli. Amma qış çempionu olmaq daha çox o baxımdan əhəmiyyətlidir ki, mənə və komanda yoldaşlarıma təzyiq azalır.

- Bu mövsüm artıq iki dəfə rəqib qapılarından top keçirmisiniz...

- Bəli. Heç vaxt bu qədər çox qol vurmamışdım... (gülür)

- Hiss edirsinizmi ki, oyununuzu daha da yaxşılaşdırmısınız?

- Hələ ki, hiss etmirəm. Deməli, az çalışmışam. Daha da çox işləmək lazımdır.

- "Sumqayıt” komandası haqqında nə deyə bilərsiniz?

- Bu komanda hələ nəyə qadir olduğunu göstərməyib. "Sumqayıt” oyundan-oyuna daha da inamlı çıxış edir.

- Yeni ili harada keçirmək istəyirsiniz?

- "Sumqayıt”la oyunu başa vuraq, sonra bu barədə düşünmək olar. Yeni il ərəfəsində həmişə bayram əhval-ruhiyyəsində oluram. Bayramı harada qeyd edəcəyimi hələ bilmirəm. Amma bir şey dəqiqdir ki, Yeni ili ailəmlə birlikdə keçirmək istəyirəm.

Son xəbərlər

Orphus sistemi