"Neftçi"nin müdafiəçisi: "Səhvləri tək müdafiəçilərə bağlamaq olmaz"

"Neftçi"nin müdafiəçisi: "Səhvləri tək müdafiəçilərə bağlamaq olmaz" "Çətin oyun oldu. Rəqib yaxşı komandadır. Müdafiədəki səhvlər tək müdafiəçilərdən asılı deyil".
Futbol
3 Avqust , 2021 23:07
Neftçinin müdafiəçisi: Səhvləri tək müdafiəçilərə bağlamaq olmaz
Voyislav Stankoviç

"Çətin oyun oldu. Rəqib oyuna yaxşı hazırlaşmışdı və komplekləşmiş kollektivdir. Səhvləri tək müdafiəçilərə bağlamaq olmaz. Müdafiədəki səhvlər həm də yarımmüdafiəçilər və hücumçulardan asılıdır".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Voyislav Stankoviç Bakıda Finlandiya HİK-i ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

34 yaşlı müdafiəçi cavab qarşılaşmasında yaxşı nəticəyə ümid etdiklərini sözlərinə əlavə edib: "Müasir futbolda bütün komanda müdafiə olunmalıdır. Orta xəttdə boşluqlar verdik. Rəqib isə böyük qüvvə ilə hücuma keçirdi. Belə olan halda səhvlər baş verir. Bunun üzərində işləyəcəyik. Ümid edirəm ki, cavab matçında bu səhvlər aradan qalxacaq və sevinən tərəf biz olacağıq".

Son xəbərlər

Orphus sistemi