"Neftçi"nin məşqçisi: "Məqsədimiz qələbə idi və onu da bacardıq"

"Neftçi"nin məşqçisi: "Məqsədimiz qələbə idi və onu da bacardıq" "Vacib 3 xal qazandıq. Buraya qələbə üçün gəlmişdik və onu da bacardıq. Futbolçularımızın hamısına təşəkkür edirəm"
Futbol
119
8 May , 2021 22:43
Neftçinin məşqçisi: Məqsədimiz qələbə idi və onu da bacardıq

"Vacib 3 xal qazandıq. Buraya qələbə üçün gəlmişdik və onu da bacardıq. Futbolçularımızın hamısına təşəkkür edirəm".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin məşqçisi Vəfadar Quliyev "Səbail"ə 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVI tur matçından sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis "Sumqayıt"la növbəti tur oyununa bu gündən hazırlaşacaqlarını söyləyib. Quliyev Yusuf Lavalın vurduğu qolu onunla qeyd etməsinə münasibət bildirib: "Uşaqlarla zarafat edirdik. Güya mən hamıya demişəm ki, mənə tərəf gəlsin. Amma belə bir şey olmayıb. Bəlkə də demişəm, yadımdan çıxıb. Səlahət Ağayevlə bir az zarafatımız oldu. Dedi ki, müəllim, bütün komandaya demisiniz? Bəlkə də motivasiya üçün demişəm. Məncə, kim qol vursaydı, qeyd etməyə gələcəkdi".

Son xəbərlər

Orphus sistemi