"Neftçi"nin məğlub etdiyi komanda Ümit Karana tapşırıldı

"Neftçi"nin məğlub etdiyi komanda Ümit Karana tapşırıldı Şimali Makedoniyanın "Şkupi" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
1817
1 Oktyabr , 2020 12:52
Neftçinin məğlub etdiyi komanda Ümit Karana tapşırıldı

Şimali Makedoniyanın "Şkupi" komandasının yeni baş məşqçisi müəyyənləşib. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda türkiyəli mütəxəssis Ümit Karana tapşırılıb. 44 yaşlı baş məşqçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. 

Karan bu postda sentyabrın 28-də istefaya göndərilmiş Muarrem Bayramini əvəzləyib. 

Qeyd edək ki, Ümit Karan 2018/2019 mövsümündə də "Şkupi"nin baş məşqçisi olub. Komanda cari mövsüm Avropa Liqasının I təsnifat mərhələsində Bakıda "Neftçi"yə 1:2 hesabı ilə uduzub. "Şkupi"də azərbaycanlı futbolçu Elvin Yunuszadə də çıxış edir. 

Son xəbərlər

Orphus sistemi