"Neftçi"nin legioneri üçün il bitdi

"Neftçi"nin legioneri üçün il bitdi Arxa əzələsi dartılan 22 yaşlı yarımmüdafiəçi "Keşlə" ilə XIII tur matçını buraxacaq.
Futbol
277
21 Dekabr , 2020 14:27
Neftçinin legioneri üçün il bitdi
Yusuf Laval

Azərbaycan Premyer Liqasında XII turun "Sabah"la oyununda zədələnən Yusuf Lavalın durumuna aydınlıq gəlib.

Klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, arxa əzələsi dartılan 22 yaşlı yarımmüdafiəçi "Keşlə" ilə XIII tur matçını buraxacaq.

Bu isə o deməkdir ki, nigeriyalı oyunçu üçün 2020-ci il vaxtından əvvəl başa çatıb.

Qeyd edək ki, Yusuf Laval dünənki görüşün 60-cı dəqiqəsində zədələnərək, yerini Sabir Buqrinə verib. Səfər matçı "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 2:0.

Son xəbərlər

Orphus sistemi