"Neftçi"nin legioneri Türkiyə ilə oyuna çağırıldı

"Neftçi"nin legioneri Türkiyə ilə oyuna çağırıldı Qarşılaşmalar müvafiq olaraq, 31 may, 5, 8 və 11 iyunda keçiriləcək
Futbol
25 May , 2021 09:39
Neftçinin legioneri Türkiyə ilə oyuna çağırıldı
Mamadu Kane

"Neftçi"nin futbolçusu Mamadu Kane Qvineya millisinə dəvət alıb.

"Report" xəbər verir ki, yığmanın baş məşqçisi Didye Siks Türkiyə, Toqo, Kosovo və Nigerlə yoldaşlıq oyunlarına çağırdığı 23 oyunçu arasında 24 yaşlı yarımmüdafiəçiyə də yer verib.

Qarşılaşmalar müvafiq olaraq, 31 may, 5, 8 və 11 iyunda keçiriləcək.

Qeyd edək ki, Mamadu Kane 2018-ci ildən "Neftçi"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi