"Neftçi"nin legioneri: "Toplanışın Bakıda olması daha yaxşıdır"

"Neftçi"nin legioneri: "Toplanışın Bakıda olması daha yaxşıdır" "Hazırlıqlarımız yaxşı gedir. Məşqçilərin tapşırığını düzgün yerinə yetirməyə çalışırıq. Əlimizdən gələni edirik ki, məqsədimizə çataq".
Futbol
17 Yanvar , 2021 16:04
Neftçinin legioneri: Toplanışın Bakıda olması daha yaxşıdır

"Hazırlıqlarımız yaxşı gedir. Məşqçilərin tapşırığını düzgün yerinə yetirməyə çalışırıq. Əlimizdən gələni edirik ki, məqsədimizə çataq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Tallison Dias klubun televiziyasına açıqlamasında təlim-məşq toplanışı barədə danışarkən deyib.

Braziliyalı sol cinah müdafiəçisinin sözlərinə görə, indiki məqamda Bakıda qalıb hazırlıq keçmək daha yaxşıdır: "Bütün komanda buradakı mühitə adaptasiya olunub. Bu, bizim üçün daha faydalı olacaq".

"Keşlə" ilə yoxlama matçında (4:3) dubl edən Tallison komandaya kömək etdiyi üçün şad olduğunu bildirib: "Sevindirici haldır ki, son oyunda 2 qol vurdum, komandaya köməyim dəydi. Bu cür oyunumuz məşqlərdən irəli gəlir. Orada etdiklərimizi matçlarda təkrarlamağa çalışırıq".

Son xəbərlər

Orphus sistemi