"Neftçi"nin legioneri: "Nə məşq edir, də məşq mərkəzinə gedirik"

"Neftçi"nin legioneri: "Nə məşq edir, də məşq mərkəzinə gedirik" Sosial şəbəkə hesabımda, daha doğrusu, Instagram səhifəmin “Hekayə (Story) bölməsində aprelin 25-də paylaşdığım video karantin dövründən əvvəl çəkilib.
Futbol
1 May , 2020 15:47
Neftçinin legioneri: Nə məşq edir, də məşq mərkəzinə gedirik

"Sosial şəbəkə hesabımda, daha doğrusu, "Instagram" səhifəmin “Hekayə" (Story) bölməsində aprelin 25-də paylaşdığım video karantin dövründən əvvəl çəkilib".

Bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin futbolçusu Baqali Dabo komandasının karantin dövründə məşq etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

Fransalı hücumçu bildirib ki, sözügedən videonu darıxdığı üçün paylaşıb: "Bir aydan artıqdır nə məşq edir, nə də məşq mərkəzinə gedirik. Futbol və məşqlər üçün darıxdığıma görə paylaşmışdım. Sonra düşündüm ki, bu, başqa cür anlaşıla bilər. Ona görə də videonu sildim. Bir daha bildirirəm ki, həmin məşq prosesi karantin dövründən əvvəl olub".

Qeyd edək ki, ötən gün mətbuatda "Neftçi"nin öz bazasında məşqə çıxdığı və karantin rejimini pozduğuna dair iddialar və video yayılıb. Ardınca isə Baqali Dabonun sözügedən videonu öz "Instagram" səhifəsində paylaşması müəyyən anlaşmazlığa səbəb olub.

Son xəbərlər

Orphus sistemi