"Neftçi"nin yeni transferi: "Sanki Türkiyəyə gəlmişəm"

"Neftçi"nin yeni transferi: "Sanki Türkiyəyə gəlmişəm" "Təbii ki, başqa ölkəyə gəlmək - yeni şəhər, yeni komanda, yeni ab-hava deməkdir. Amma bu günədək heç bir sıxıntım olmayıb".
Futbol
23 Sentyabr , 2021 16:46
Neftçinin yeni transferi: Sanki Türkiyəyə gəlmişəm
Tiaqo Bezerra

"Təbii ki, başqa ölkəyə gəlmək - yeni şəhər, yeni komanda, yeni ab-hava deməkdir. Amma bu günədək heç bir sıxıntım olmayıb".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin yeni transferi Tiaqo Bezerra klubun rəsmi televiziyasına müsahibəsində deyib.

34 yaşlı braziliyalı hücumçu bildirib ki, Azərbaycan karyerası dil sarıdan da onun üçün çox rahatdır: "Üstəlik, komandada portuqalca və fransızca danışan futbolçular var. Çox şanslıyam. İlk gəldiyimdən bu günədək problem yaşamamışıq. Belə də davam edəcəyik".

Təcrübəli forvard "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri ilk matçında özünü yaxşı hiss etdiyini söyləyib: "Komanda yaxşı oynadığından, bizə də rahat idi. Təbii ki, bir az zaman lazımdır. Hələ tələsməyə ehtiyac yoxdur. Komandada işlər də yaxşı gedir. Əlbəttə, oynamaq istəyirəm. Amma digər oyunçulara da sayğı göstərmək lazımdır. Daha hazırlıqlı futbolçular var. Mənim zamanım da gələcək. Bunun üçün çox çalışıram. Vaxtı yetişdikdə hazır olacağam".

Türkiyədə müxtəlif klubların fornasını geyinmiş oyunçu Azərbaycanı bu ölkəyə bənzədib: "Sanki Türkiyəyə gəlmişəm. Azərbaycanın dili, insanları, yeməkləri, bir sözlə, hər şeyi çox bənzəyir. Təbii ki, bura irəliləməkdə olan futbolu da daxil edərdim. Türkiyədə isə belə bir gün yetişib. Buna görə də kiçiltməli bir şey yoxdur. VAR da gələcək, digər təşkilati işlər də görüləcək".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının V turunda "Sabah"ın qonağı olacaq. Sentyabrın 26-da oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi