"Neftçi"nin legioneri Kriştianu Ronalduya sataşıb

"Neftçi"nin legioneri Kriştianu Ronalduya sataşıb "Neftçi" klubunun futbolçusu Mamadu Mboc Portuqaliya yığmasının ulduz hücumçusu Kriştianu Ronalduya sataşıb
Futbol
15 Noyabr , 2021 15:44
Neftçinin legioneri Kriştianu Ronalduya sataşıb
Mamadu Mboc

"Neftçi" klubunun futbolçusu Mamadu Mboc Portuqaliya yığmasının ulduz hücumçusu Kriştianu Ronalduya sataşıb.

"Report"un məlumatına görə, 28 yaşlı müdafiəçi instaqram hesabında noyabrın 14-də keçirilmiş Portuqaliya - Serbiya oyunu ilə bağlı paylaşımlar edib.

Seneqallı oyunçu həmin matçda qonaq komandaya azarkeşlik etdiyini göstərib. Mboc paylaşımlarından birində "Ronaldu hələ də oturub hakimləri Mitroviçin zərbəsindən sonra topun qapı xəttini keçdiyinə inandırır" yazıb.

Rəqibini 2:1 hesabı ilə məğlub edən Serbiya DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb. Portuqaliya isə pley-offda iştirak edəcək. Bu görüşdə qələbə topunu 90-cı dəqiqədə hücumçu Aleksandar Mitroviç vurub.

Komandalar arasında martın 27-də keçirilmiş II tur görüşündə qalmaqal yaşanıb. Kriştianu Ronaldunun 90+3-cü dəqiqədə vurduğu qol qapı xəttini keçsə də, niderlandlı baş hakim Denni Makkeli "davam" qərarı verib. Həmin vaxt müdafiəçi Stefan Mitroviç topu qapı xəttinin içərisindən çıxarıb.

Qeyd edək ki, Mamadu Mboc 2014/2015 mövsümündə Serbiyada "Srvena Zvezda"nın formasını geyinib. Stefan Mitroviç də həmin klubun yetirməsidir.

Son xəbərlər

Orphus sistemi