"Neftçi"nin legioneri: "Komandamız çempionluğa hazırdır"

"Neftçi"nin legioneri: "Komandamız çempionluğa hazırdır" "Biz çempionluğa çox yaxınıq. İnanıram ki, "Neftçi" 7 ildən sonra çempion ola biləcəyik"
Futbol
18 Fevral , 2021 10:28
Neftçinin legioneri: Komandamız çempionluğa hazırdır
Saman Nərimancahan

"Biz çempionluğa çox yaxınıq. İnanıram ki, "Neftçi" 7 ildən sonra çempion ola biləcəyik".

"Report" xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Saman Nərimancahan klubun televiziyasında yayımlanan "Piramida" verilişində deyib.

30 yaşlı yarımmüdafiəçi bildirib ki, "Neftçi" qızıl medalları qazanmağa tam hazırdır: "Hər görüşə son oyun kimi baxacağıq. Samir Abasov da çox yaxşı baş məşqçidir. Artıq bunu neçə oyunda göstərib. Taktikamız dəyişib və artıq çoxlu qol epizodları yarada bilirik".

İranlı oyunçu əvvəlki baş məşqçi Füzuli Məmmədovun da yaxşı mütəxəssis olduğunu vurğulayıb. Lakin onun fikrincə, hazırkı baş məşqçi Samir Abasov taktikanı və psixoloji durumu dəyişib: "Futbolçuların psixologiyası pozulmuşdu, onların üzərində yük çox idi. Oynadıqca, qələbə qazanmadıqca təzyiq artırdı. Abasov isə bu yükü oyunçuların çiynindən götürdü. Hamı onun rəhbərliyi altında rahat oynayır. Baş məşqçinin, futbolçuların əziyyəti ilə çempionluq əldə edə bilərik. İnanıram ki, azarkeşlərə bunu hədiyyə etməyi bacaracağıq. Neçə ildir bunu istəyirlər, amma gerçəkləşmir. Çempionluq gəlsə, mənim üçün də yaxşı il olar".

Qeyd edək ki, "Neftçi" hazırda 30 xalla Azərbaycan Premyer Liqasında liderdir.

Son xəbərlər

Orphus sistemi