"Neftçi"nin legioneri cəzalı duruma düşüb

"Neftçi"nin legioneri cəzalı duruma düşüb "Neftçi"nin futbolçusu Mamadu Mbodj cəzalı duruma düşüb.
Futbol
25 Aprel , 2022 15:58
Neftçinin legioneri cəzalı duruma düşüb

"Neftçi"nin futbolçusu Mamadu Mbodj cəzalı duruma düşüb.

"Report"un məlumatına görə, buna seneqallı müdafiəçinin "Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının XXIV tur matçında (1:0) sarı vərəqə görməsi səbəb olub.

Görüşün əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə rəqibə qarşı kobudluqdan sonra cari mövsümdəki 4-cü xəbərdarlığını alan 29 yaşlı oyunçu "Sumqayıt"la XXV tur qarşılaşmasını buraxacaq. Onunla yanaşı, son matçda qırmızı vərəqə ilə cəzalandırılan Ömər Buludov da növbəti turda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, mayın 4-də keçiriləcək "Sumqayıt" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi