"Neftçi"nin legioneri: "Çempionluğun mümkünsüz olduğunu düşünürdüm"

"Neftçi"nin legioneri: "Çempionluğun mümkünsüz olduğunu düşünürdüm" "İnandığımız şeylər üçün mübarizə aparmağa həqiqətən dəyər"
Futbol
449
21 May , 2021 09:43
Neftçinin legioneri: Çempionluğun mümkünsüz olduğunu düşünürdüm

"Qazandığım uğura görə Allaha borcluyam. Bu yol qələbə ilə başa çatdı, amma asan deyildi".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Tallison Dias şəxsi instaqram hesabından yazıb.

30 yaşlı müdafiəçi bəzən çempion olacaqlarına tərəddüd etdiyini bildirib: "Müəyyən vaxtlarda bunun mümkünsüz olacağını düşünürdüm. Ancaq məğlubiyyət olanda Tanrının məni davam etməyə cəsarətləndirdiyini hiss etdim".

Braziliyalı oyunçu çempionluq əldə etdikləri üçün çox xoşbəxt olduğunu bildirib. "İnandığımız şeylər üçün mübarizə aparmağa və taleyimizi Allaha etibar etməyə həqiqətən dəyər".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edərək çempion olub.

Son xəbərlər

Orphus sistemi