"Neftçi"nin legioneri: "Bura qol vurmaq üçün gəlməmişəm"

"Neftçi"nin legioneri: "Bura qol vurmaq üçün gəlməmişəm" Neftçinin futbolçusu Mamadu Mbodj evdə Qəbələ ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra brifinq keçirib.
Futbol
16 Mart , 2019 03:00
Neftçinin legioneri: Bura qol vurmaq üçün gəlməmişəm

"Neftçi"nin futbolçusu Mamadu Mbodj evdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra brifinq keçirib.

"Report"un məlumatına görə, komandasının qolunun müəllifi olan seneqallı müdafiəçi əvvəlcə oyunu dəyərləndirib...

- Qalib gəlmək istəyirdik, nəticə bizi qane etmədi. Əlimizdən gələn hər şeyi etdik ki, qələbə qazanaq. Amma alınmadı. Allah istədi ki, heç-heçə olsun. Səhvlərimizdən nəticə çıxartmalıyıq.

Vurduğunuz qol maraqlı və gözəl alındı, amma qələbəyə yetmədi...

- Qola görə sevinirəm, amma bizə qələbə gətirsəydi, daha çox sevinərdim.

Komandanız “Səbail”ə məğlub oldu, ardınca “Sumqayıt”a qalib gəlib, bu gün də heç-heçə etdiniz. Stabilliyin olmaması nə ilə əlaqədardır?

- Bu, sadəcə o deməkdir ki, Azərbaycan çempionatı güclü turnirdir və hər kəs bir-birindən xal ala bilər.

Azərbaycanda oynadığınız qısa müddətdə üç qol vurmusunuz. Hansısa ölkədə belə uğurlu başlanğıcınız olmuşdu?

- Litvada ilk mövsümdə 6 dəfə fərqlənmişdim. Bura isə qol vurmaq üçün gəlməmişəm. Əgər qol vururamsa, deməli qismətimdə var. Əsas vəzifəm isə komandamın qol buraxmamasına yardım etməkdir.

“Neftçi”yə qış fasiləsində keçdiniz. Adətən belə transferlərin adaptasiya problemi olur. Sizdə isə hər şey çox asan alındı...

- Haqlısınız, adaptasiya müddəti mənim üçün çox asan oldu. Çünki bütün komanda, eləcə də məşqçi və texniki heyət əlindən gələn hər şeyi etdilər ki, mən qısa müddətdə komandaya uyğunlaşım.

Xəbəriniz var ki, son turda “Qarabağ”la qarşılaşacaqsız? Hər şey sona qalsa, sizin üçün necə olacaq? Deyəsən, “Jalqris”də çıxış edərkən son turda qol vurub komandanıza çempionluq qazandırmışdınız...

- Biz bütün oyunlara qələbə qazanmaq üçün çıxacağıq. Amma qismət olsa ki, hər şey son turda həll olunmalıdır, elə də olacaq.

Son xəbərlər

Orphus sistemi