"Neftçi"nin legioneri: "Bu, bütün kollektivin qələbəsidir" - VİDEO

"Neftçi"nin legioneri: "Bu, bütün kollektivin qələbəsidir" - VİDEO "Növbəti oyunlarda bu mənə özünəinam baxımından kömək olacaq"
Futbol
5 Noyabr , 2016 22:51
Neftçinin legioneri: Bu, bütün kollektivin qələbəsidir - VİDEO

Bakı. 5 noyabr. REPORT.AZ/ "Nəinki bu həftə, gəldiyim gündən komanda olaraq gərgin hazırlıq keçirik. Düşünürəm ki, vacib qələbə idi. Bu, komandanın, məşqçi heyətinin və bütün kollektivin qələbəsidir. Hamını təbrik edirəm. Şadam ki, 90 dəqiqə meydanda oldum və oyunda fərqlənə bildim".

"Report" xəbər verir ki, bu sözləri "Neftçi” klubunun futbolçusu Jonas Pessalli "İnter” üzərində qələbədən sonra (2:1) Neftçi TV-yə açıqlamasında deyib.

"İnanıram ki, növbəti oyunlarda bu mənə özünəinam baxımından kömək olacaq”, - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi