"Neftçi"nin legioneri: "Bakıya qələbə ilə qayıtmaq istəyirik"

"Neftçi"nin legioneri: "Bakıya qələbə ilə qayıtmaq istəyirik" "Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Harramiz Soareş İsraildə "Makkabi" (Hayfa) klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.
Futbol
25 Avqust , 2021 20:38
Neftçinin legioneri: Bakıya qələbə ilə qayıtmaq istəyirik

"Sabah bizi çətin oyun gözləyir. İlk matçda rəqibə 3 qol vurmuşuqsa, burada da bunu bacara bilərik. Buraya məğlub olmağa gəlməmişik. Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirib, Bakıya qələbə ilə qayıtmaq istəyirik".

"Report"un İsrailə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Harramiz Soareş İsraildə "Makkabi" (Hayfa) klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.

San-Tome və Prinsipidən olan hücumçu bildirib ki, bundan əvvəlki komandalarda fərqli sistemdə oynamağa öyrəşib: "Daha çox sağ və sol cinah yarımmüdafiəçisi, həmçinin hücumçu kimi çıxış edirdim. Bununla belə, baş məşqçinin etimadını doğrultmağa çalışıram. Mənim üçün önəmli olan komandaya xeyir verməkdir".

Qeyd edək ki, avqustun 26-da "Sammi Ofer" stadionunda keçiriləcək "Makkabi" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3.

Son xəbərlər

Orphus sistemi