"Neftçi"nin legioneri: "Azarkeşlərimizə çempionluq hədiyyə etmək istəyirik"

"Neftçi"nin legioneri: "Azarkeşlərimizə çempionluq hədiyyə etmək istəyirik" "Bir ildir ailəmi görmürdüm. Mənim üçün çox çətin idi. Gedib hamını - atamı, anamı, nişanlımı gördüm".
Futbol
7 Yanvar , 2021 15:32
Neftçinin legioneri: Azarkeşlərimizə çempionluq hədiyyə etmək istəyirik
Saman Nərimancahan

"Bir ildir ailəmi görmürdüm. Mənim üçün çox çətin idi. Gedib hamını - atamı, anamı, nişanlımı gördüm".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Saman Nərimancahan klubun televiziyasına açıqlamasında deyib.

Qış fasiləsi zamanı ölkəsinə yollanan iranlı yarımmüdafiəçi yaxşı dincəldiyini bildirib: "Meydanda əlimdən gələni edib, komandama köməklik göstərmək istəyirəm. Hazırda 1-ci yerdəyik. Azarkeşlərimizə çempionluq hədiyyə etmək istəyirik".

Sosial şəbəkələri izlədiyini deyən oyunçu azarkeşlərin tənqidinə cavab verib: "Hamının fikrinə hörmətlə yanaşıram. Bəzən onlar da haqlı olaraq irad bildirirlər. Hər zaman ən yaxşı performansımı göstərməyə çalışıram. Bəzi şeylər səndən asılı olmayaraq, qarşını kəsə bilər. Amma mən keçmişə yox, gələcəyə baxıram".

Son xəbərlər

Orphus sistemi