"Neftçi"nin keçmiş futbolçusunu Rusiya MOİK-i istəyir

"Neftçi"nin keçmiş futbolçusunu Rusiya MOİK-i istəyir Aylton Silva "Benfika"nın da maraq dairəsindədir
Futbol
6 İyun , 2017 16:28
Neftçinin keçmiş futbolçusunu Rusiya MOİK-i istəyir

Bakı. 6 iyun. REPORT.AZ/ "Neftçi" klubunun sabiq futbolçusu Aylton Ferreyra Rusiya MOİK-inə keçə bilər. 

"Report"un "Globo" portalına istinadən verdiyi məlumata görə, braziliyalı müdafiəçinin nümayəndəsinin əlində "hərbçilər"in təklifi var.

Yaxın günlərdə tərəflər arasında danışıqların aparılacağı bildirilir. 22 yaşlı oyunçu ilə MOİK-dən başqa Portuqaliyanın "Benfika" klubu da maraqlanır.

Qeyd edək ki, müqavilə üzrə Braziliya "Flüminense"sinə məxsus Aylton Ferreyra Silva "Neftçi"də 2015-2016 mövsümündə çıxış edib. O, 32 oyuna 3 qol vurub və 3 dəfə qırmızı vərəqə alıb. Ötən mövsüm isə Aylton Portuqaliya "Eştoril"ində oynayıb və 23 qarşılaşmada 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi