"Neftçi"nin kapitanı Moskvaya uçuşu ləngiyən təyyarənin sərnişinlərinə jest edib - FOTO

"Neftçi"nin kapitanı Moskvaya uçuşu ləngiyən təyyarənin sərnişinlərinə jest edib - FOTO UEFA Avropa Liqasında II təsnifat mərhələsində Tula Arsenalı ilə keçirəcəyi ilk oyun üçün Rusiyaya uçmaqda problemlə üzləşən Neftçi klubunun kapitanı Emin Mahmudov sərnişinlərə jest edib.
Futbol
24 İyul , 2019 10:28

UEFA Avropa Liqasında II təsnifat mərhələsində Tula "Arsenal"ı ilə keçirəcəyi ilk oyun üçün Rusiyaya uçmaqda problemlə üzləşən "Neftçi" klubunun kapitanı Emin Mahmudov sərnişinlərə jest edib.

"Report" xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Heydər Əliyev Beynəlxalq Aeroportunda konfet alaraq gözləmə zalında əyləşən Bakı - Moskva reysinin sərnişinlərinə paylayıb.

Qeyd edək ki, saat 06:50-də uçmalı olan təyyarədə texniki problem üzündən havaya qalxa bilməyib.

Təyyarə dəyişdiriləcəyi üçün uçuşun saat 11:00-dək yubanacağı bildirilib.

Son xəbərlər

Orphus sistemi