"Neftçi"nin kapitanı: "Zirə"yə qalib gələrək, finala yüksəlmək istəyirik"

"Neftçi"nin kapitanı: "Zirə"yə qalib gələrək, finala yüksəlmək istəyirik" "Yeganə fikrimiz qələbə qazanıb finala yüksəlməkdir".
Futbol
111
27 Aprel , 2022 13:21
Neftçinin kapitanı: Zirəyə qalib gələrək, finala yüksəlmək istəyirik

"Yeganə fikrimiz qələbə qazanıb finala yüksəlməkdir".

Bunu "Report"a müsahibəsində "Neftçi"nin kapitanı Emin Mahmudov "Zirə"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

30 yaşlı yarımmüdafiəçi həlledici mərhələyə yüksəlmək üçün əllərindən gələni edəcəklərini bildirib: "Hazırda daha çox bu oyunu fikirləşirik. Qalib gəlməyə çalışacağıq. Çünki finala vəsiqə qazanmaq istəyirik. "Zirə" çətin rəqibdir, yaxşı heyətə malikdirlər və yaxşı da oynayırlar. Bizim üçün çətin olacaq".

Mahmudov yalnız finala çıxdıqdan sonra titul barədə düşünəcəklərini söyləyib.

"Neftçi" və "Zirə" komandaları arasındakı cavab matçı aprelin 29-da "Bakcell Arena"da olacaq. Zirədəki ilk qarşılaşmada hesab açılmayıb.

Emin Mahmudovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi