"Neftçi"nin kapitanı zədələndi, gənc futbolçusu debüt etdi

"Neftçi"nin kapitanı zədələndi, gənc futbolçusu debüt etdi "Neftçi"nin futbolçusu Emin Mahmudov zədələnib.
Futbol
108
8 May , 2021 22:06
Neftçinin kapitanı zədələndi, gənc futbolçusu debüt etdi

"Neftçi"nin futbolçusu Emin Mahmudov zədələnib.

"Report"un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi "Səbail"ə qarşı keçirdikləri Premyer Liqanın XXVI tur matçında sıradan çıxıb. Kapitanın yerinə 80-ci dəqiqə meydana Vüsal Əsgərov daxil olub.

Beləliklə, 20 yaşlı oyunçu Premyer Liqada debüt edib. O, "Neftçi"nin heyətində l Divizionda 8 qol vurub.

Mahmudovun gələn tur "Sumqayıt"a qarşı oynayıb-oynamayacağı bilinmir. Əvəzində Mert Çelik qarşıdakı görüşü buraxmalı olacaq. Səbəb gənc müdafiəçinin "Səbail"lə görüşdə sarı vərəqə alaraq, cəzalı duruma düşməsidir.

Qeyd edək ki, qarşılaşmada ikinci hissə oynanılır və "Neftçi" 4:0 hesabı ilə öndədir.

Son xəbərlər

Orphus sistemi