"Neftçi"nin kapitanı: "Spartak" mənim üçün doğma komandadır"

"Neftçi"nin kapitanı: "Spartak" mənim üçün doğma komandadır" "Təlim-məşq toplanışımızdakı son oyunda qələbə qazandıq. Bu nəticə özümüzə inamın qayıtması baxımından önəmli oldu. Çünki əvvəlki iki matçımızda qalib gələ bilməmişdik. Bir qədər güclü komandaya qarşı çıxış etmək taktiki baxımdan vacib idi".
Futbol
959
29 İyun , 2021 23:32
Neftçinin kapitanı: Spartak mənim üçün doğma komandadır

"Təlim-məşq toplanışımızdakı son oyunda qələbə qazandıq. Bu nəticə özümüzə inamın qayıtması baxımından önəmli oldu. Çünki əvvəlki iki matçımızda qalib gələ bilməmişdik. Bir qədər güclü komandaya qarşı çıxış etmək taktiki baxımdan vacib idi".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Emin Mahmudov Avstriyada Rusiyanın "Spartak" (Moskva) komandasını 2:1 hesabı ilə yendikləri yoxlama oyunundan sonra klub televiziyasına açıqlamasında deyib. Kapitan görüşün ağır alındığını, amma qələbənin sevindirici olduğunu vurğulayıb.

O, keçmiş klubundan Artyom Rebrovla yaxşı münasibətlərinin olduğunu söyləyib: "Rebrovla matç zamanı söhbətləşdik. Əvvəllər Rusiya millisinin heyətində Bakıya gəldiyi vaxt da görüşmüşdük. Əlbəttə, "Spartak" mənim üçün demək olar ki, doğma komandadır. Orada az oynasam da, ab-hava çox xoşuma gəlirdi. Böyük komandadır, Rusiya futbolunun flaqmanıdır. Belə komandada çıxış etmək xoşdur, onlara qarşı oynadığım üçün sevinirəm".

Mahmudov Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarının fərqli keçəcəyini iddia edib: "Biz bu rəqiblə görüşlərdə daha diqqətli olmalı, müdafiədə səhvlərə yol verməməliyik. Qalib gəlmək üçün daha yaxşı çıxış etməliyik".

Son xəbərlər

Orphus sistemi