"Neftçi"nin kapitanı "Qarabağ"la matçda oynamayacaq

"Neftçi"nin kapitanı "Qarabağ"la matçda oynamayacaq "Neftçi" "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununa itki ilə çıxacaq.
Futbol
15 May , 2022 19:59
Neftçinin kapitanı Qarabağla matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq.

"Report" xəbər verir ki, buna 30 yaşlı yarımmüdafiəçinin XXVII turda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları matçda sarı vərəqə görməsi səbəb olub.

Mahmudov cari mövsüm 4-cü dəfə sarı vərəqə alıb.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" görüşü mayın 21-də "Azersun Arena"da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi