"Neftçi"nin kapitanı: "Müsbət nəticə ilə dönəcəyimizə ümid edirəm"

"Neftçi"nin kapitanı: "Müsbət nəticə ilə dönəcəyimizə ümid edirəm" Çox ciddi hazırlaşmışıq, bizi çətin oyun gözləyir. Bura qələbə qazanmaq üçün gəlmişik. Müsbət nəticə ilə dönəcəyimizə ümid edirəm.
Futbol
24 İyul , 2019 20:26
Neftçinin kapitanı: Müsbət nəticə ilə dönəcəyimizə ümid edirəm

"Çox ciddi hazırlaşmışıq, bizi çətin oyun gözləyir. Bura qələbə qazanmaq üçün gəlmişik. Müsbət nəticə ilə dönəcəyimizə ümid edirəm".

"Report"un Tulaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunları "Neftçi"nin kapitanı Emin Mahmudov Rusiyada "Arsenal"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Arsenal" və "Neftçi"nin legionerlərinin səviyyəsi arasında ciddi fərq yoxdur: "Əlbəttə, Rusiyadakı top-klublarda daha yaxşı əcnəbilər var. Ancaq ikinci "8-lik"dəkilərlə Azərbaycan Premyer Liqasında çıxış edənlərlə eyni səviyyədədirlər. Kirill Kombarovla 2 il bir yerdə oynamışıq. Həmçinin başqa oyunçular, elə də köməkçi məşqçi ilə tanışam. Görüşəndə onlarla danışacağam, münasibət saxlayıram".

Qeyd edək ki, iyulun 25-də "Arsenal" mərkəzi stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşma "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi