"Neftçi"nin kapitanı: "HİK-ə qalib gəlmək istəyirik"

"Neftçi"nin kapitanı: "HİK-ə qalib gəlmək istəyirik" "Baş məşqçinin rəqib haqqındakı fikirləri ilə tam razıyam. Fiziki baxımdan bizdən yaxşı ola bilərlər. Amma öz meydanımızda oynayırıq. Samir müəllimin tapşırıqlarını yerinə yetirərək, qalib gəlmək istəyirik".
Futbol
849
2 Avqust , 2021 18:10
Neftçinin kapitanı: HİK-ə qalib gəlmək istəyirik
Emin Mahmudov

"Baş məşqçinin rəqib haqqındakı fikirləri ilə razıyam".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov Bakıda Finlandiya HİK-inə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

29 yaşlı futbolçu bildirib ki, rəqib fiziki baxımdan daha yaxşı olsa da, meydan amili "ağ-qaralar"ın tərəfindədir: "Evdə oynayırıq. Samir müəllimin tapşırıqlarını yerinə yetirərək, qalib gəlmək istəyirik".

Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - HİK matçı saat 21:00-da başlayacaq. Cavab görüşü avqustun 12-də Helsinkidə olacaq.

Son xəbərlər

Orphus sistemi