"Neftçi"nin kapitanı: "De Byazi ilə uğur qazana bilərik"

"Neftçi"nin kapitanı: "De Byazi ilə uğur qazana bilərik" "Şadam ki, məni ilin futbolçusu seçdilər. Namik Ələskərov və Mahir Emreli də mükafata layiq idi. Millidəki uğurlu çıxışım və "Neftçi" ilə çempionluğum qalib olmağıma səbəb oldu. Bu uğurumda əməyi olan hər kəsə təşəkkür edirəm".
Futbol
13 Dekabr , 2021 15:55
Neftçinin kapitanı: De Byazi ilə uğur qazana bilərik

"Şadam ki, məni ilin futbolçusu seçdilər. Namik Ələskərov və Mahir Emreli də mükafata layiq idi. Millidəki uğurlu çıxışım və "Neftçi" ilə çempionluğum qalib olmağıma səbəb oldu. Bu uğurumda əməyi olan hər kəsə təşəkkür edirəm".

"Report"un məlumatına görə, bu fikirləri İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsi üzrə ilin ən yaxşı futbolçusu seçilmiş Azərbaycan millisinin və "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov jurnalistlərə açıqlamasında deyib.

29 yaşlı orta xətt oyunçusu daha yaxşı olmaq üçün hər zaman qarşısına yüksək hədəflər qoyduğunu bildirib: "Millidə və klubumda yaxşı nəticələr üçün əlimdən gələni edəcəyəm. Canni De Byazi baş məşqçimizdir. Mənə çox şans verdi. Onun tapşırıqlarını yerinə yetirməliyik ki, uğur qazanaq. De Byazi ilə uğur qazana bilərik. Meydana hər zaman yaxşı nəticələr üçün çıxmalıyıq".

Son xəbərlər

Orphus sistemi