“Neftçi”nin "İnter"lə oyunu yubileylə əlaqədar saat 19:37-də başlanacaq

“Neftçi”nin "İnter"lə oyunu yubileylə əlaqədar saat 19:37-də başlanacaq Bu və ya digər sürprizlərə şahidlik etmək istəyən bütün azarkeşlər stadiona dəvət edilir
Futbol
15 Mart , 2017 12:56
“Neftçi”nin İnterlə oyunu yubileylə əlaqədar saat 19:37-də başlanacaq

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində “İnter”lə keçirəcəyi ev oyunu "Neftçi" klubunun 80 illik yubileyi gününə təsadüf edəcək. "Report"un məlumatına görə, martın 18-də “Bakcell Arena”da baş tutacaq görüş simvolik olaraq saat 19:37-də start götürəcək.

“Neftçi”nin 80 illik silsilə yubiley tədbirləri bununla da yekunlaşmayacaq. Oyunda azarkeşləri “Neftçi”nin əzəmətli tarixinə nostalji səyahət edəcəklər. Yubiley tədbirləri ilə bağlı sosial şəbəkələrdə bir sıra layihələr təşkil olunacaq. Bu və ya digər sürprizlərə şahidlik etmək istəyən bütün azarkeşlər stadiona dəvət edilir.

Turun proqramı: 

18 mart (şənbə)

16:00. “Kəpəz” – “Sumqayıt”

Gəncə şəhər stadionu

19:37. “Neftçi” – “İnter”

“Bakcell Arena”


19 mart (bazar)

15:30. AZAL – “Qəbələ”

“AZAL Arena”

18:30. “Zirə” – “Qarabağ”

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, bütün oyunlar “CBC Sport” kanalı vasitəsilə canlı yayəmlanacaq.

Son xəbərlər

Orphus sistemi